18 yaşlı türkiyəli futbolçu İngiltərə Premyer Liqasında oynayacaq

18 yaşlı türkiyəli futbolçu İngiltərə Premyer Liqasında oynayacaq

Türkiyənin "Kasımpaşa" klubunun futbolçusu Yasin Özcan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Mediasport.az xəbər verir ki, 18 yaşlı müdafiəçi "Aston Villa"ya transfer edilib.

Birmingem klubu keçid üçün Superliqa təmsilçisinə 7 milyon avro təzminat ödəyəcək.

Yasin yeni komandasına yayda qoşulacaq.

İstedadlı futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində 21 oyun keçirib.