Azərbaycanlı hakim Qazaxıstanda turnirin ən yaxşı referisi seçildi

Azərbaycanlı hakim Qazaxıstanda turnirin ən yaxşı referisi seçildi

Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli referiləri Rza Məcidov və Seymur Məmmədov gənclər arasında keçirilən Qazaxıstan açıq çempionatında ölkəmizi hakim kimi təmsil ediblər.

Azərbaycan Taekvondo Federasiyasından "Mediasport"a verilən məlumata görə, Seymur Məmmədov kişilər arasında yarışın ən yaxşı hakimi adına layiq görülüb.

Hər iki ədalət təmsilçisinə turnirin Təşkilat Komitəsi tərəfindən iştirakçı sertifikatı da təqdim olunub.