Yankoviç Monteneqroya gedir
“Qarabağ"ın futbolçusu Marko Yankoviç yenidən Monteneqro millisinə çağırılıb.
"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin Cəbəllütariq və Xorvatiya yığmaları ilə matçlarında baş məşqçinin sərəncamında olacaq.
Monteneqrolular görüşləri noyabrın 14-də və 17-də keçirəcəklər.
Xatırladaq ki, L qrupunda 7 turdan sonra 6 xalla 4-cü pillədə qərarlaşmış komanda lider Xorvatiyadan 10 xal geri qalır.
