Yay Olimpiya Festivalındakı bayraqdarlarımız müəyyənləşdi

Yay Olimpiya Festivalındakı bayraqdarlarımız müəyyənləşdi

Azərbaycanın XVIII Avropa Gənclər Yay Olimpiya Festivalındakı bayraqdarları müəyyənləşib.

"Mediasport" xəbər verir ki, bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedəki Yan Sandanski İdman Mərkəzində keçiriləcək mərasimdə bayrağımızı cüdoçu Zeyd Ələsgərov (-60 kq) və taekvondoçu Humay Dadaşova (49 kq) daşıyacaqlar.

Zeyd Ələsgərov cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının və üç dəfə Avropa Kubokunun qalibi, Humay Dadaşova isə taekvondo üzrə iki dəfə Türkiyə açıq birinciliyinin qalibidir.

Qeyd edək ki, iyulun 26-dək təşkil olunacaq festival əvvəlkilərdən fərqli olaraq iki ölkədə - Şimali Makedoniyanın paytaxtı Skopye və Kumanovo şəhərlərində, həmçinin Xorvatiyanın Osiyek şəhərində keçiriləcək.

Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunacaq.