"Zirə" kubokla vidalaşdı, "Neftçi" yarımfinala yüksəldi - YENİLƏNDİ

"Zirə" kubokla vidalaşdı, "Neftçi" yarımfinala yüksəldi - YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Kuboku yarışında 1/4 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, "Zirə"yə cavab oyununda da qalib gələn "Araz-Naxçıvan" finala gedən yolda "Qarabağ"a rəqib olub.

"Neftçi" isə hər iki dueldə "Kəpəz"i məğlub edərək yarımfinalda "Sabah"la qarşılaşmaq imkanı qazanıb.

Dünən baş tutmuş iki cavab görüşündən sonra "Qarabağ" və "Sabah" da yarımfinala vəsiqə əldə ediblər.

Ağdam təmsilçisi "Səbail"i (1:0, 3:1), Masazır klubu isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.


Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunları


“Zirə” - “Araz-Naxçıvan” 0:2 (ilk oyun - 0:1)

Qollar: Felipe Santos, 3-pen., 45-pen.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Zirə İK stadionu


“Neftçi” - “Kəpəz” 1:0 (ilk oyun - 2:0)

Qol: Bassala Sambu, 27.

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Emin Cəfərov

Neftçi Arena