Millimiz Çanaqqalaya yola düşdü - Oradan Bolqarıstana gedəcəklər

 Millimiz Çanaqqalaya yola düşdü - Oradan Bolqarıstana gedəcəklər

Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək "Prezident Kuboku"nda iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, millimiz hazırlıq məqsədilə Çanaqqalaya yola düşüb.

Komandamız Türkiyə yığması ilə birlikdə təlim-məşq toplanışı keçəcək. Takevondoçularımız Bolqarıstana mayın 16-da yola düşəcəklər.

İdmançılara böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalova rəhbərlik edirlər.

Mayın 16-da başlanacaq "Prezident Kuboku"nda ölkəmiz 15 idmançı (11 kişi, 4 qadın) ilə təmsil olunacaq.