Taekvondoçularımız III MDB Oyunlarında 22 medal qazandılar

Taekvondoçularımız III MDB Oyunlarında 22 medal qazandılar

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışlarına yekun vurulub.

"Mediasport" xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman daha 11 idmançımız mükafatçılar sırasında yer alıb.

Təmsilçilərimizdən Vasif Səlimov 68 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Səmərrux Osmanova, Zemfira Həsənzadə (hər ikisi 49 kq), Nigar Abdullayeva, Leyla Bəşirova (hər ikisi 57 kq), Fuad Məhərrəmli, Məhəmməd Həsənli (hər ikisi 58 kq), Zemfira Aslanova, Nərmin Ənsəri (hər ikisi 67 kq), Rza Əsədli (80 kq) və Xan Məmmədzadə (+87 kq) isə bürünc mükafat əldə edib.

Beləliklə, taekvondoçularımız III MDB Oyunlarında 22 medala yiyələniblər.