Yığmamızın Avropa Kuboku oyunlarının təqvimi müəyyənləşdi

 Yığmamızın Avropa Kuboku oyunlarının təqvimi müəyyənləşdi

Azərbaycanın 3x3 basketbol millisinin Belçikanın Antverpen şəhərində keçiriləcək FIBA Avropa Kubokunda qrup oyunlarının təqvimi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz A qrupunda Niderland və Ukrayna ilə üz-üzə gələcək.

Komanda sentyabrın 12-də, Bakı vaxtı ilə saat 16:20-də Niderlandla, 20:55-də Ukrayna ilə qarşılaşacaq.

Xatırladaq ki, turnir sentyabrın 11-13-də baş tutacaq. Azərbaycan millisi ötən il FIBA  Avropa Kubokunda gümüş medal qazanıb.