Azərbaycan – Şimali Makedoniya matçının təyinatları açıqıandı
Martın 3-də Bakıda dünya çempionatı çərçivəsində qadın futbolçular arasında keçiriləcək Azərbaycan – Şimali Makedoniya matçının hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, C Liqasının 3-cü qrupu çərçivəsində baş tutacaq qarşılaşmanı Polşadan olan hakimlər idarə edəcəkkər.
"Dalğa Arena"da start götürəcək oyunda baş hakim Anna Adamska olacaq.
Ona Yuliya Bukaroviç və Angelika Novak kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.
Matç saat 15:00-da başlanacaq.
