Ceyms Bidl “Qiymətləndirmə” mövzusunda dəyirmi masa keçirdi

 Ceyms Bidl “Qiymətləndirmə” mövzusunda dəyirmi masa keçirdi

Azərbaycan İdman Akademiyasında Kembric Universitetinin eksperti Ceyms Bidlin rəhbərliyi ilə “Qiymətləndirmə” mövzusunda dəyirmi masa keçirilib.

"Mediasport" xəbər verir ki, dəyirmi masaya Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universitetindən nümayəndələr qatılıb.

Ceyms Bidl iştirakçılarla öz bilik və təcrübəsini bölüşüb. Həmçinin qiymətləndirmənin əsas prinsipləri və bu sahədə beynəlxalq yanaşmalar müzakirə olunub.

Görüş sual-cavab və fikir mübadiləsi formatında davam edib.