"Zəngəzur" çempion olub 2-ci Liqaya vəsiqə qazandı - RƏSMİ
AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "Zəngəzur" finalda Sabirabadın "Marafon" komandasını məğlub edib - 2:1.
Qərbi azərbaycanlılar bu nailiyyətlə 2-ci Liqaya vəsiqə əldə ediblər.
"Marafon" 2-ci Liqanın 11-cisi ilə bir görüşdən ibarət pley-off matçına çıxacaq.
Region Liqasında bürünc medalları isə "Biləsuvar" qazanıb. Cənublular "Şəfəq"ə qalib gəliblər - 4:1.


