"Qarabağ" Bolqarıstana yola düşdü

"Qarabağ" Bolqarıstana yola düşdü

Sabah UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində ÇSKA-nın qonağı olacaq "Qarabağ" Bolqarıstana yola düşüb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu Sofiyaya çarter reysi vasitəsilə səfər edib.

Axşam Bakı vaxtilə 20:45-də baş məşqçi Qurban Qurbanovun bolqar jurnalistləri qarşısında mətbuat konfransı gözlənilir.

Matç sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Xatırladaq ki, komandalar ötən həftə Bakıda reallaşan ilk dueldə heç-heçə ediblər - 0:0.