"Zirə"nin Türkiyədə qarşılaşacağı komandalardan biri məlum oldu
Yanvarın 10-dan 17-dək türkiyədə toplanış keçəcək "Zirə"nin yoldaşlıq oyunlarında rəqiblərindən biri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun komandası Ukraynanın "Aleksandriya" klubu ilə görüşəcək.
Matç yanvarın 16-da keçiriləcək.
Xatırladaq ki, "qartallar"ın Antalyada 2 yoxlama oyunu nəzərdə tutulub.
