"Zirə"nin "Hayduk"la ev matçının vaxtı dəyişdirildi - Konfrans Liqası

"Zirə"nin "Hayduk"la ev matçının vaxtı dəyişdirildi - Konfrans Liqası

Azərbaycanı 2025/2026-cı illər mövsümündə UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində təmsil edəcək "Zirə"nin “Hayduk”la ev matçının günü və yeri dəqiqləşib.

"Mediasport" xəbər verir ki, Xorvatiya klubu ilə ll raundun ilk qarşılaşması iyulun 23-də 8-ci kilometr stadionunda ("Neftçi Arena") keçiriləcək.

Matçın başlanma saatı müəyyənləşməyib. Cavab oyunu bir həftə sonra səfərdə baş tutacaq.

Qeyd edək ki, görüş püşkatmaya əsasən, iyulun 24-ə təyin edilmişdi.

Lakin həmin gün Bakıda “Araz-Naxçıvan”ın da Konfrans Liqası matçı olduğundan "qartallar"ın duelinin vaxtı bir gün geri çəkilib.

UEFA-nın qaydalarına əsasən, bir yarışda eyni şəhərdə iki oyun keçirilə bilməz.