"Qarabağ" Polşaya yola düşdü

"Qarabağ" Polşaya yola düşdü

Sabah UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Dinamo"nun (Kİyev) qonağı olacaq "Qarabağ" Polşaya yola düşüb.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi oyunun keçiriləcəyi Lublin şəhərinə çarter reysi ilə səfər edib.

Sabah "Lublin Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Cavab görüşü avqustun 13-də Bakıda reallaşacaq.