Zümrüd Ağayeva UEFA Çempionlar Liqasının oyununa təyinat aldı

Zümrüd Ağayeva UEFA Çempionlar Liqasının oyununa təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo" (Minsk) və Bolqarıstanın “Ludoqorets” komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.