1 oyunda 50 qol buraxan komanda liqadan kənarlaşdırıldı
Macarıstanda dünya futbolunda nadir görünən hesablardan biri qeydə alınıb.
"Mediasport" xəbər verir ki, U-19 liqasının "Kişkunhalaş" - “Çoyloşpaloj” görüşündə qapılara 51 qol vurulub.
Qonaq komanda meydana 9 nəfərlə çıxan kişkunhalaşlılara 50:1 hesabı ilə qalib gəlib.
Qapıçının da dubl etdiyi qarşılaşmada qollardan 12-ni Qaspar Zalan vurub.
Macarıstan Futbol Federasiyası bu nəticəni qəbul etməyib və mövsümdə 4-cü dəfə oyuna 9 nəfərlə çıxan "Kişkunhalaş" komandasını çempionatdan uzaqlaşdırıb.
