"Qarabağ"dan gedən Romao ilk qolunu öz qapısına vurdu - VİDEO

"Qarabağ"dan gedən Romao ilk qolunu öz qapısına vurdu - VİDEO

Ötən ay "Qarabağ"dan ayrılaraq Macarıstanın "Ferensvaroş" klubuna keçən Julio Romao ilk qolunu vurub.

"Mediasport" xəbər verir ki, lakin braziliyalı yarımmüdafiəçi avtoqolla diqqət mərkəzinə düşüb.

O, Macarıstan Kubokunun ETO (Dyör) klubu ilə qarşılaşmasında qapıları səhv salaraq rəqibin xeyrinə hesabı bərabərləşdirib - 3:3.

Əlavə vaxtda - 117-ci dəqiqədə qələbə topunu vuran "Ferensvaroş" 1/8 finala yüksəlib.