26 cüdoçumuz Qoridə Avropa Kubokunda iştirak edəcək

 26 cüdoçumuz Qoridə Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın 26 cüdoçusu mayın 9-10-da Gürcüstanın Qori şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokunda iştirak edəcək.

"Mediasport" xəbər verir ki, komandamız yarışda 9 çəki dərəcəsində (23 kişi, 3 qadın) təmsil olunacaq.

Kişilərdən Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (hamısı 60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (hamısı 66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq) və Qurban Məmmədli (+100 kq) yarışacaq.

Qadınlar arasında isə Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.

Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.