Azərbaycanlı cüdoçu İspaniyadakı beynəlxalq turnirdə üçüncü oldu

İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb.
-48 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz bürünc medal qazanıb.
Beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.