Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazandı
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
"Mediasport" xəbər verir ki, Azərbaycan komandası ilk medalını bu gün qazanıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Rəşid Məmmədəliyev (73 kq) bürünc mükafat əldə edib.
26 yaşlı idmançımız üçüncü yer uğrunda görüşdə tacikistanlı Əhmədzod Məsudiyə qalib gəlib.
Xatrıladaq ki, dünən Nizami İmranov (66 kq), Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) mübarizəni medalsız başa vurub.
Komandamız sabah başa çatacaq turnirə 6 cüdoçu ilə yollanıb.
Heyətdə Uşangi Kokauri və Camal Qamzatxanov da yer alıb.
