53 cüdoçumuz Türkiyədə Avropa Kubokunda mübarizə aparacaq

53 cüdoçumuz Türkiyədə Avropa Kubokunda mübarizə aparacaq

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı keçiriləcək.

"Mediasport" xəbər verir ki, Azərbaycan turnirdə 16 çəki dərəcəsində təmsil olunacaq.

Mükafatlar uğrunda 53 cüdoçumuz mübarizə aparacaq. Tatamiyə 25 oğlan və 28 qız cüdoçu çıxacaq.

Oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Yarış martın 8-9-da baş tutacaq.