60 ildən sonra Braziliya millisini çalışdıracaq ilk əcnəbi - Ançelotti

60 ildən sonra Braziliya millisini çalışdıracaq ilk əcnəbi - Ançelotti

Futbol üzrə Braziliya milli komandasının baş məşqçisi müəyyənləşib.

5-qat dünya çempionlarını 60 ildən sonra ilk dəfə əcnəbi mütəxəssis çalışdıracaq.

Braziliya Futbol Konfederasiyası "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə müqavilə bağladıqlarını açıqlayıb.

İtalyan məşqçi ilə anlaşma 2026-ci il dünya çempionatının sonunadək nəzərdə tutulub.

65 yaşlı "Papa Karlo" yeni işinə mayın 26-da başlayacaq.

O, mayın 25-də La Liqada "Real Sosyedad"la matçdan sonra Madrid klubu ilə vidalaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasını 5 dəfə qazanmış Ançelotti İtaliya, İspaniya, Almaniya, Fransa və İngiltərədə çempionluq yaşayıb.

Apenninli iki dəfə UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.

Ançelotti Braziliya millisinə 1965-ci ildən sonra rəhbərlik edəcək ilk əcnəbi olacaq.

Cənubi amerikalılara rəhbərlik etmiş sonuncu əcnəbi argentinalı Filpo Nunyes idi.

Karlo Braziliya millisinin "sükan"ı arxasında ilk sınağına DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində iyunun 6-da Ekvadorla görüşdə çıxacaq.

"Pentakampeonlar" 5 gün sonra Paraqvay yığması ilə qarşılaşacaqlar.

Mediasport.com.az