Abdullayev yenidən Azərbaycan Premyer Liqasında oynayacaq
Mövsümün ikinci hissəsinin hazırlıqlarını davam etdirən "Karvan-Yevlax" heyətinə yeni futbolçu qatıb.
"Mediasport" xəbər verir ki, Yevlax təmsilçisi Samir Abdullayevi transfer edib.
25 yaşlı yarımmüdafiəçi ilə mösümün sonuna kimi müqavilə imzalanıb.
Abdullayev mövsümün ilk yarısını 1-ci Liqa klubu “Mingəçevir”klubunda keçirib. Bu müddət ərzində 12 oyuna çıx, 4 qol vuurb.
O, daha əvvəl "Şamaxı" və "Səbail"də oynayıb.
