Azərbaycan Kubokunda 1/4 finala çıxan ilk komanda məlum oldu

 Azərbaycan Kubokunda 1/4 finala çıxan ilk komanda məlum oldu

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsüm start götürüb.

"Mediasport" xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyun günündə bir matç keçirilib.

Bakı İdman Sarayında baş tutan "Neftçi" - "Lənkəran" qarşılaşması birincilərin 86:54 hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi"nin 1/4 finalda rəqibi "Gəncə" olacaq.

Qərblilər kimi, "Sabah", "Abşeron" və "Ordu" da kubokda mübarizəyə 1/4 finaldan qoşulacaqlar.

1/8 finalın digər matçlarında “Şəki” “Sərhədçi” ilə, NTD “Sumqayıt”la, “Naxçıvan” isə “Quba” ilə üz-üzə gələcək.