"Qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq"

"Qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq"

"Mövsümün əvvəlindən qarşımıza kuboku işğaldan azad olunan torpaqlara hədiyyə etmək hədəfini qoymuşduq. Bunu bacardığımız üçün çox xoşbəxtik".

"Mediasport" xəbər verir ki, bunu "Xankəndi" komandasının baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli mütəxəssis AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün qalibi olmaları ilə bağlı fikirlərini bildirib:

"Bu yolda çox əziyyət çəkdik. İldən-ilə hədəflərimizi böyütmək istəyirik. Uğurlu çıxışı gələn mövsüm II Liqada da davam etdirmək üçün əlimizdən gələni edəcəyik. Təbii ki, bundan ötrü heyətimizi gücləndirməliyik".

Qeyd edək ki, "Xankəndi" çempionluqla 2-ci Liqaya vəsiqə qazanıb. Komanda həmçinin UEFA Region Kubokunda mübarizə aparacaq.