Afrikada ilin futbolçusu adına yekun 3 NAMİZƏD məlum oldu
Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci ildə qitənin ən yaxşı futbolçusu adına yekun namizədləri müəyyənləşdirib.
"Mediasport" xəbər verir ki, qalib 3 oyunçudan biri olacaq.
Bunlar "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah, "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidir.
Xatırladaq ki, ötən il mükafatı "Atalanta"dan nigeriyalı hücumçu Ademola Lukman qazanıb.
