119 illik tarixində ilk dəfə avrokuboklarda oynayacaq

119 illik tarixində ilk dəfə avrokuboklarda oynayacaq

Sesk Fabreqasın baş məşqçisi olduğu İtaliyanın "Komo" klubu 119 illik tarixində ilk dəfə avrokuboklarda oynayacaq.

"Mediasport" xəbər verir ki, komanda UEFA Avropa Konfrans Liqasının liqa mərhələsində iştirakını rəsmiləşdirib.

Komolular buna İtaliya A Seriyasının 36-cı turunun "Verona" ilə görüşündə qələbə qazanaraq nail olublar.

Fabreqasın komandası hazırda ölkə çempionatının turnir cədvəlində 36 oyundan sonra 65 xalla 6-cı pillədə qərarlaşıb.