Amin Quliyev Tailandda keçirilən Dünya Kubokunun qalibi oldu

Azərbaycanın kikboksinq üzrə dünya və Avropa çempionu Amin Quliyev növbəti uğurunu qazanıb.
"Mediasport" xəbər verir ki, idmançımız Tailanda Dünya Kubokunun qalibi olub.
O, Banqkokda keçirilən yarışda K-1 versiyası üzrə 67 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib.