Mahir Emreli 2025-ci ilin sonuna qədər futbol oynaya bilməyəcək
Almaniya 2-ci Bundesliqasının 12-ci turunda ciddi zədə alan "Kayzerslautern"in üzvü Mahir Emrelinin vəziyyətinə aydınlıq gətirilib.
"Mediasport" xəbər verir ki, "Herta" ilə ev matçının 78-ci dəqiqəsində meydanı zədələnərək tərk edən Azərbaycan millisinin hücumçusu bu il yaşıl meydanlara qayıda bilməyəcək.
MRT müayinəsindən sonra ili vaxtından əvvəl başa vuran forvardın qasıq vətərində qismən qopmanən olduğu aşkarlanıb.
Həkimlərin məlumatına görə, 28 yaşlı futbolçu məşqlərə 2026-cı ildə başlayacaq.
Klub sosial şəbəkə hesablarında Mahirə dəstək mesajı paylaşıb:
"Biz sənin yanındayıq, Mahir. Ümid edirik ki, tez və tam sağalacaqsan və tezliklə meydanda görüşəcəyik".
