APL Fantasy-də növbəti turun turun qalibi müəyyənləşdi
APL Fantasy-də Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün 4-cü turunun qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, turun qalibi 98 xal toplayan Mahir Məmmədov olub.
Mahir Məmmədov əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən hədiyyələr ilə mükafatlandırılacaq.
Qeyd edək ki, APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasında çıxış edən real futbolçulardan virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır.
Hazırda platformada 18 000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq. APL Fantasy-də artıq 500-dən çox liqa yaradılıb.
İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər.
Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Əsas mükafat qaliblərdən biri üçün xüsusi futbol təcrübəsi – Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər olacaq.
AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəyə davam etməyə dəvət edir.

