"Asan qələbə qazandığımızı düşünmürəm" - Saşa İliçin ŞƏRHi
“Yaxşı qarşılaşma oldu. Əsas məqsədimiz daha az forma şansı qazanan futbolçuları oynatmaq idi".
"Mediasport" xəbər verir ki, bunu “Sumqayıt”un baş məşqçisi Saşa İliç deyib.
Serbiyalı Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Zaqatala” ilə baş tutan matçı dəyərləndirib, 3:0 hesablı qələbəni şərh edib:
"Xüsusilə ilk hissədə 2:0 önə keçdikdən sonra oyunun nəzarətini əlimizdə saxlamağa və zədələrdən qaçmağa çalışdıq. İkinci hissədə isə dəyişikliklər edərək digər oyunçulara tonusda qalmaları üçün şans yaratdıq.
Hesab 3:0 olsa da, asan qələbə qazandığımızı düşünmürəm. Lakin istənilən halda növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik. “Zaqatala”ya isə növbəti oyunlarda uğurlar arzu edirik”.
Qeyd edək ki, “Sumqayıt” 1/8 finalda 1-ci Liqa klubu “Difai” ilə qarşılaşacaq.
