"Avrokuboka təyinat almaq ən böyük arzularımdan biri idi"

"Avrokuboka təyinat almaq ən böyük arzularımdan biri idi"

"Avrokubok matçına təyinat almaq ən böyük arzularımdan biri idi. Bu imkanı yaratdıqları üçün Rəhim Həsənova, Tural Qurbanova və Hakimlər Komitəsinə təşəkkür edirəm".

"Mediasport" xəbər verir ki, bunu "Azərtac"a açıqlamasında Azərbaycan futbolu tarixində ilk dəfə UEFA-nın klub turnirinə qadın hakim olaraq təyinat alan FIFA referisi Gülnurə Əkbərzadə deyib.

Ötən gün Avropa Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Deçiç” (Monteneqro) - “Liepaya” (Latviya) qarşılaşmasında köməkçi hakim kimi iş başında olan referi təəssüratlarını bölüşüb:

“Düşünürəm ki, oyun bizim üçün uğurlu keçdi. Tural Qurbanov və bütün hakimlər briqadası olaraq matçı yüksək səviyyədə idarə etdik.

Qarşılaşmadan sonra həm qalib, həm də məğlub komandanın nümayəndələri bizə təşəkkür etdilər.

Həyəcan hiss etmirdim, çünki bundan əvvəl də kişilər arasında keçirilən ölkədaxili oyunlarda hakimlik etmişdim”.