UEFA Avropa Liqası: İlk oyun günündə bir qarşılaşma keçiriləcək

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsi start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Malta təmsilçisi "Hamrun Spartans" doğma azarkeşlər önündə "Makkabi" (Təl-Əviv, İsrail) ilə qarşılaşacaq.
Mərhələnin digər matçları 6-7 avqustda baş tutacaq.
UEFA Avropa Liqası. 3-cü təsnifat mərhələsi. İlk oyun
21:00 "Hamrun Spartans" (Malta) - "Makkabi" (Təl-Əviv, İsrail)