"Məqsədim çempion olmaq idi, müəyyən səhvlərə yol verdim"

"Məqsədim çempion olmaq idi, müəyyən səhvlərə yol verdim"

"Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim".

"Mediasport" xəbər verir ki, bu sözləri qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Jalə Əliyeva deyib.

Albaniyada keçirilən Avropa çempionatında 57 kq çəki dərəcəsində bürünc medal qazanan 25 yaşlı idmançı bəzi səhvlərə yol verdiyini bildirib:

“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim.

Bəzi səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Xatırladaq ki, ilk dəfə əsas millidə ilk dəfə yer alan Jalə Əliyeva U23 kateqoriyasında dünya və ikiqat Avropa çempionudur.