Avropa Liqası: "Qarabağ"ın "Vestri" ilə oyunlarının hakim təyinatları
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) matçının hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Roman Jitar, yan xətt hakimləri Vlad Lifçu və Vadim Vikol, dördüncü hakim Andrey Bregutse olacaq.
VAR hakimi İsveçrədən Luka Çibelli, AVAR hakimi isə Anoen Kanaqasinqam təyin edilib.
Bu komandaların iyulun 16-da Reykyavikdəki "Trouttarvöllur" stadionunda keçiriləcək cavab qarşılaşması isə Çexiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Marek Radina olacaq. Ona yan xətt hakimləri Kamil Hayek və Petr Kotalik kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək.
VAR hakimi Tomaş Koçourek, AVAR hakimi isə Ondrjey Berka olacaq.
İlk oyun iyulun 9-da saat 20:00, cavab görüşü iyulun 16-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) start götürəcək.


