"Top-5" liqada bu mövsüm məğlub olmayan yeganə komanda - PSJ

Avropanın "Top-5" liqasında cari mövsüm məğlubiyyət yaşamayan tək komanda var.
"Mediasport" xəbər verir ki, növbəti Fransa çempionluğunu vaxtından əvvəl təmin etmiş PSJ "Böyük beşlik" çempionatlarında cari mövsümdə uduzmayan yeganə klubdur.
Lusi Enrikenin baş məşqçisi olduğu Paris təmsilçisi Liqa 1-də geridə qalan 30 turun 24-də qələbə qazanıb.
Son olaraq "Nant"la bərabərə (1:1) qalan paytaxtlılar 6 görüşün hamısında "sülh" bağlayıblar.