Azarkeşləri "Qarabağ"ı bu dəfə 3 min manat cəriməyə məruz qoydu

Azarkeşləri "Qarabağ"ı bu dəfə 3 min manat cəriməyə məruz qoydu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqanın 15-ci turunda qeydə alınmış neqativ hadisələr hüquqi qiymətini alıb.

"Qarabağ" "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.

"Araz-Naxçıvan" 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Kəpəz" – "Qəbələ" oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq.

"Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare 2 oyunluq diskvalifikasiya olunub.

"Turan Tovuz" – "Sabah" oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimə edilib.

"Karvan-Yevlax" "İmişli" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Sumqayıt" "Neftçi" il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.