Avropa çempionatı: Millimiz 3-cü dəfə darmadağın edildi
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu - üçüncü matçına çıxıb.
"Mediasport" xəbər verir ki, IX qrupda yer alan komanda Rumıniya ilə üz-üzə gəlib.
Fransanın Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda baş tutan görüş rəqibin böyükhesablı qələbəsilə yekunlaşıb - 1:5.
Qeyd edək ki, U-17 qrupda daha əvvəl Fransaya 0:8, İsrailə 1:5 hesabı ilə uduzub.
Beləliklə, yığmamız qrup sonuncusu olub.
