"Rəhbərlik komandanın qarşısına çempionluq hədəfi qoyub"
"Uğurlu mövsüm, ədalətli mövsüm olsun. Avropada oynayan klyblar ölkəmizi layiqincə təmsil etsinlər. Dörd komanda ilə yola davam edək".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.
Klub rəsmisi yeni mövsüm öncəsi təşkil olunan brifinqdə "ağ-qaralar"ın hazırlığı və qarşıya qoyulan hədəflərdən söz açıb, sonra jurnalistlərin suallarını cavablandırıb:
Yeni mövsümə ümumi hazırlıq haqda nə deyə bilərsiniz?
- Mövsümə Sloveniyada hazırlıq keçdik. Avropada ən isti havalar hökm sürür. Getdiyimiz yerdə havanın sərinləməsindən sonra vəziyyət düzəldi. Yeni mövsümün hazırlıqlarını yaxşı keçdik. Təzə gələnlərimiz var. Komanda kollektiv olmağa çalışır. Baş məşqçimiz toplanışdan məmnundur.
Varqas məsələsində son durum nədir?
- Transfer etmək istədiyimiz oyunçudur. Bilirsiniz ki, bizdə icarədə oynayırdı. Danışıqlar davam edir. Uğurlu danışığa ümid edirik, son mərhələdəyik. Amma imza olmadan dəqiq nəsə deyə bikmərik.
Vernidubun qarşısıına hansı hədəf qoyulub?
- Önümüzə qoyduğymuz hədəf çempionluqdur. Ötən mövsüm də demişdim, "Neftçi" dəyişiklikdən keçir. Dəyişiklik zaman və səbir istəyir, bir ilə olan məsələ deyil. Üzərinə qoyaraq irəliləmək istəyirik. Bir transfer yox, başqa oyunçuları da izləyirik. 90 illiyimizdir, əsas hədəf çempionluqdur. Avropada da hədəfimiz var. "Dinamo" matçı bizim üçün çox əhəmiyyətidir. "Neftçi" azarkeşlərini qürurlandırıb çempionluq üçün oynayacağıq. Hamımız birlikdə bu hədəfə köklənmişik.
Ötən mövsüm ən böyük büdcə ayrılmışdı sizə. Bu mövsüm də belə olacaq?
- Önümüzdə bəlli büdcə var. Transferləri sadəcə bir yox, 2-3 mövsümlük edirik. Breno Almeydanı da transfer etmişik. Tapdığımız sponsorluqlardan gələn büdcələrlə təkcə transfer yox, akademiyanın inkişafı üçün də çalışırıq.
Baş məşqçinin sizdən xüsusi istəyi nə oldu?
- Hər gün birlikdəyik. Maliyyə baxımından hansısa istəyi yoxdur. Komandanı yaxşı şərtlərlə inkişaf etdirmək istəyir. Biz də bunu yerinə yetirməyə çalışırıq. Vernidubla da müqaviləni artırmışıq. Uzunmüddətli planlarımız var.
Konfrans Liqssında hədəf nədir?
- Qruplara qalmaq. Asan deyil. Çətin rəqiblərdir hamısı. Gedə bildiyimiz yer qrupdur. Keçmişimizi yaşatmaq arzusundayıq. Azarkeşlərə sözümüz? İnamımız sonadək çempionuğa doğru getməkdir. Yaxşı oynayacağıq. Təbii ki, rəqblərimizə də hörmətli yanaşırıq.


