Azərbaycan çempionatında ilk finalçı komanda "Sabah" oldu
Azərbaycan Basketbol Liqasında (ABL) ilk finalçı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, “Sabah” adını həlledici raunda yazdırıb.
Son çempion "Gəncə" ilə ikinci dueli də qalib başa vurub. Gəncə İdman Sarayında keçirilən görüşdə 78:73 hesabı qeydə alınıb.
Xatırladaq ki, paytaxt klubu ilk qarşılaşmada da rəqibindən üstün olmuşdu (96:67).
Yarımfinalın ikinci görüşləri çərivəsində digər duel sabah “Neftçi” və “Abşeron Lions” komandaları arasında olacaq.
