"Neftçi" serb hücumçu gətirdi
"Neftçi" basketbol komandası heyətini növbəti legionerlə gücləndirib.
"Mediasport" xəbər verir ki, serbiyalı Aleksa Stepanoviç ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya Liqasında mübarizə aparan "Hersoqovats Qaydobrad" olub.
Qeyd edək ki, 2,06 metr boya malik təcrübəli oyunçu karyerası ərzində "Partizan", “FMP Belqrad” kimi köklü klubların, eləcə də VTB Birləşmiş Liqasında "Yenisey"in şərəfini qoruyub.

