Azərbaycanın 11 cüdoçusu Meksika Qran-prisində yarışacaq

 Azərbaycanın 11 cüdoçusu Meksika Qran-prisində yarışacaq

Azərbaycan cüdoçuları oktyabrın 17–19-da Meksikanın Qvadalahara şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, yarışda kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu mübarizə aparacaq.

Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüsal Qələndərzadə, Zelim Tçkayev (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri (+100 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar.

Turnirdə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) gücünü sınayacaq.