Azərbaycanın 8 idmançısı Yunanıstanda medal qazandı
Yunanıstanın paytaxtı Afinada uşu üzrə "Akropolis open" beynəlxalq turniri keçirilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları yarışda uğurla çıxış ediblər.
Komandamızın 8 üzvü fəxri kürsüyə qalcıb.
Onlardan 5-i çempion olub. 1 təmsilçimiz gümüş, 2 idmançımız isə bürünc mükafata yiyələnib.
