İdmançımız Macarıstanda beynəlxalq turnirin qalibi oldu
Azərbaycan sumoçusu Çingiz Səmədov Macarıstanda keçirilən beynəlxalq turnirdə uğurlu nəticə ilə yadda qalıb.
"Mediasport" xəbər verir ki, idmançımız Erd şəhərində təşkil olunan yarışda bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə 100 kq çəki dərəcəsinin birincisi kimi qalxıb.
Xatırladaq ki, bu ilə sumo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
