Zamiq Əliyev 90 dəqiqə oynadı, "Eqnatiya" 3 xalla liderliyini qorudu

Zamiq Əliyev 90 dəqiqə oynadı, "Eqnatiya" 3 xalla liderliyini qorudu

Futbol üzrə Albaniya Superliqasında 10-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Tirana” ilə qarşılaşıb.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb - 2:1.

Əliyev 90 dəqiqəni əvəzlənmədən keçirib.

Xal ehtiyatını 24-ə çatdıran Roqojine klubu turnir cədvəlində liderliyini qoruyub.