Azərbaycan ilk dəfə dünya çempionatına ev sahibliyi edəcək

Azərbaycanda 2027-ci ildə ilk dəfə Xizək Alpinizmi üzrə dünya çempionatı keçiriləcək.
"Mediasport" xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyasının (AQİNF) mətbuat xidməti məlumat yayıb.
AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib.
Yarış beynəlxalq federasiyanın təqviminə salınıb.
Dünya çempionatı fevralın 28-dən martın 7-nə qədər "Şahdağ" Turizm Mərkəzində baş tutacaq.