"Zirə" "Torpedo"nu səfərdə də darmadağın etdi - YENİLƏNDİ
Azərbaycanın UEFA Avropa Konfrans Liqasında təmsilçilərindən "Zirə" yarışın 1-ci təsnifat mərhələsində cavab görüşünə çıxıb.
"Mediasport" xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Gürcüstan səfərində "Torpedo" ilə qarşılaşıb.
"Qartallar" bu dəfə də rəqibə şans verməyiblər.
Xatırladaq ki, komandalar arasında ötən həftə Sumqayıtda keçirilmiş matçda da "Zirə" rəqibini 3 cavabsız qolla məğlub etmişdi.
UEFA Avropa Konfrans Liqası. 1-ci təsnifat mərhələsi. Cavab oyunu
"Torpedo" (Kutaisi, Gürcüstan) - "Zirə" (Azərbaycan) 0:3
Baş hakim: Mihali Kapra
Yan xətt hakimləri: İstvan Albert, Bense Belitsa
Dördüncü hakim: Marsel Derdak (hamısı Macarıstan)

