Zaur Qəhrəmanov 1/16 finalda

  Zaur Qəhrəmanov 1/16 finalda

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatına start veriləcək.

"Mediasport" xəbər verir ki, yarışın ilk günündə Zaur Qəhrəmanov (65 kq) 1/32 finalda mübarizəyə start verib.

O, Denis Brili (Almaniya) 4:1 hesabı ilə məğlub edib.

Zaur 1/16 finalda ilk mərhələdən azad olan Falkao Dos Reyslə (Braziliya) döyüşəcək.

Xatırladaq ki, görüş sentyabrın 7-də olacaq.