Azərbaycan millisi Avropa Kubokunun final mərhələsində

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, komandamız buna Bakıda keçirilən Avropa Kubokunun təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə qalib gəlməklə (21:18) nail olub.
Avropa Kubokunun final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.